Daha 4 taekvondoçumuz mübarizəyə qoşulur

11:27 20 May 2016

Avropa çempionatının ikinci günü millimizin daha 4 üzvü mübarizəyə qatılacaq.


Sportarena.az xəbər verir ki, kişilər arasında 63 kq çəki dərəcəsində Məhəmməd Məmmədov, 68 kq çəki dərəcəsində isə I Avropa Oyunlarının qalibi Ayxan Tağızadə,qadınlardan isə Patimat Abakarova və Gülhanım Yeşildal (hər iksis -53 kq) dayanq üzərinə çıxacaq.


Nəzərinizə çatdıraq ki, yarışın birinci günü komandamız üçün uğursuz alınıb. Belə ki, -54 kq çəki dərəcəsində mübarizəyə qatılan İlham Əliyev Mixail Artamanova (Rusiya) (3-12), İlayda Kardelen Çiftçi (-46 kq) isə Ukraynalı idmançı İrina Romaldanovaya (0-1) ilk döyüşlərində məğlub olmuşdur.


Onlardan fərqli olaraq Məmmədalı Quliyev (-58 kq) start görüşündə erməni rəqibi Haykaz Samvelyanlı (1-0) minimal hesabla məğlub edib. Növbəti mərhələdə Belçika təmsilçisi Salaheddin Bensaleh (9-13) keçilməz olub. Digər idmançımız Məcid Sofiyev (-54 kq) Böyük Britanıyalı Hassan Heidara (1-0) qalib gəlsə də Stanislav Denisova (Rusiya) (1-5) yenilərək yarışı erkən başa vurub.


Digər xəbərlər

Xəbər xətti