İngiltərə klubunda yeni baş məşqçi

14:14 21 May 2016

İngiltərə Premyer Liqasında çıxış edən "Uotford" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda istefaya göndərdiyi son baş məşqçisi Kiki Floresin yerinə, italiyalı mütəxəssis Valter Massarini təyin edib. Bu barədə mütəxəssisin agenti məlumat verib. Onun sözlərinə görə klubla baş məşqçi arasında 3 illik müqavilə imzalanıb.
 


Qeyd edək ki, "Uotford" klubu İngiltərə Premyer Liqasının 2015/16 mövsümünü turnir cədvəlinin  13-cü pilləsində başa vurub.


Digər xəbərlər

Xəbər xətti