Taekvondoçumuz Avropa çempionatında gümüş medal qazandı

15:26 21 May 2016

Taekvondo üzrə Avropa çempionatı davam edir. İsveçrənin Montrö şəhərində keçirilən qitə çempionatının ikinci günü daha 4 idmançımız mübarizəyə qatılıb. 


Sportarena.az xəbər verir ki, kişilər arasında 63 kq çəki dərəcəsində Məhəmməd Məmmədov, 68 kq çəki dərəcəsində Avropa Oyunlarının qalibi Ayxan Tağızadə, qadınlardan isə Patimat Abakarova və Gülhanım Yeşildal ( hər iksis -53 kq) dayanq üzərinə çıxıb.


Abakarova uğurlu çıxış edərək gümüş medala sahib olub. Belə ki, o, İnese Taevida (Latviya) (3-0), Draqana Qladoviça (Serbiya) (6-2) və Kiprli Despina Pilavaki (3-1) üzərində inamlı qələbə qazanaraq yarımfinala vəsiqəni təmin edib. Yarımfinalda Floriane Liborionu üzərində qələbə qazanan (4-2) həmyerlimiz yalnız finalda Tatyana Kudaşovaya minumal (3-4) hesabla məğlub olaraq gümüş medala layiq görülüb.


Bu çəkidə mübarizəyə qoşulan digər qadın taekvondoçumuz Gülhanım Yeşildal isə Tatyana Kudaşovaya start döyüşündə (1-3) məğlub olaraq yarışı erkən başa vurub.


Kişi taekvondoçularımızdan 63 kq çəki dərəcəsində Məhəmməd Məmmədov türkiyəli idmançı Orxan Gülərə (9-3) və erməni rəqibi Serqey Avanesova (3-0) şans verməsə də, yarımfinal uğrunda döyüşdə qarşılaşdığı Joel Bonilla Qonzalezə (0-1) məğlub olub.


Ayxan Tağızadə (-68 kq) isə ilk mərhələdən azad olub. Latviya təmsilçisi Deniss Kulibiksə (14-02), Konstantinos Camalidisə (Yunanıstan) (16-2) şans verməyən Tağızadə də yarımfinalın bir atdımlığında erməni idmançı Serqey Vazdazaryana 0-1 hesabı ilə məğlub olaraq yarışda iştirakını başa vurub.


Qitə çempionatının üçüncü günü milli komandamızın kişi taekvondoçularından -74 kq çəki dərəcəsində Səid Quliyev və Namaz Heydərov, -80 kq çəki dərəcəsində Ramin Əzizov və Milad Beigi Hərçəqani, qadınlardan isə Yaprak Eriş (-62 kq), Fəridə Əzizova (-67 kq) dayanq üzərinə çıxacaq.


Digər xəbərlər

Xəbər xətti