Hüseyn Cəbrayıloğlu: "Bu gün bütləşdirdiyimiz baş məşqçilər varki hansı oyunlardan çıxırlar"

16:17 21 May 2016

“Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunun sportarena.az saytına müsahibəsi:

- “Rəvan”la oyundakı məlum hadisələrlə bağlı fikirləriniz..
- Hər şey ortadadır. Əvvəlcədən planlanmışdı bu olanlar. Ötən turdan hər şey başladı. Kimlərsə utanmalıdır bu biabırçılığa görə. Dünənki oyunda da hər şey göz qabağıda idi. Mən xüsusən media nümayəndələrinə təşəkkür edirəm. Bu mövzuya belə həssas yanaşdılar. Bu onların borcudur çünki, futbolumuzu birlikdə xilas etməliyik. Amma hələki nə PFL-dən nə də başqa qurumlardan bu məsələ ilə bağlı rəsmi məlumat yoxdur. 

 

- Bununla bağlı şikayətinizi PFL və ya AFFA-ya bildirmisiz?
- Şikayət kimə edək? Necə istəyirlərsə elə də oldu. Hara şikayət edək? 

 

- Açıqlamanızda bildirmisiz ki, Ramin Musayevin “Xəzər Lənkəran” və talışlar haqqında bildirdiyi fikirlər varki onları yaxın müddətdə açıqlayacam. Bəlkə o fikirləri elə bizə açıqlayasız...
- İndi hələ tezdir. Biraz müddət keçsin onları hamısını açıqlayacam. Ümumiyyətlə həm jurnalist olduğum dövrdə, həm klub rəsmisi olduğum dövrdə elə şeylər görmüşəm ki, adam vallah dəhşətə gəlir. Məsələn bu gün bütləşdirdiyimiz baş məşqçilər varki, hansı oyunlardan çıxırlar.

 

- Bütləşdirdiyimiz baş məşqçi dedikdə kimi nəzərdə tutursunuz?
- Ümumiyyətlə deyirəm. Yəni çox şeylər var. Biraz tarixə ekskursiya edirsən, danışırlar, özün görürsən və şahidi olursanki, həqiqətən də elədir. Tam detalları ilə görürsən ki, kim kimə oyun  verib, hansı məşqçi oyundan qabaq zəng edib xahiş edib. Yenə deyirəm çox şeylər var. Vaxtı gələndə hamısını açıqlayacam.

 

- Vaxtı gələndə nələrisə açıqlayacağınızı deyirsiz. Bəs açıqlayacağınız şeylərin sübutu varmı?
- Belə deyim də - hər halda elə belə danışmaram. 

 

- Xaqani Məmmədovun bugünki açıqlamasından yəqinki xəbəriniz var. Məmmədov “Xəzər Lənkəran”ın qapısına təyin olunan penaltinin doğru olduğunu bildirib...
- Belə bir Hakimlər Komitəsinin sədri olan çempionatda siz ədalətin qorunacağından əminsiz?! Başqa heçnə demirəm.

 

- Məlum məsələdən sonra klubun rəhbərliyi bu duruma hansı rekasiyanı verdi?
- Reaksiya yoxdur. Bu elə bir şeydirki, hər şey göz qabağındadır. Bu yaxınlarda yekun qərar veriləcək klubla bağlı, onu da ictimaiyyətə açıqlayacağıq.

 

- Bir çox saytlar “Xəzər Lənkəran”ın fəaliyyətini dayandıracağını və I Divizionda da çıxış etməyəcəyini yazır. Bu nə dərəcədə realdır?
- Yaxın günlərdə buna qərar veriləcək. Klub hansı formada fəaliyyət göstərəcək və ya göstərməyəcək.

 

- Bəs klubun adının dəyişmə ehtimalı varmı?
- Xeyir, elə bir ehtimal yoxdur.

 

Vüsal YALÇINOĞLU


Digər xəbərlər

Xəbər xətti