İdmançımız dünya kubokunda gümüş medal qazandı

17:15 21 May 2016

Almaniyanın Duysburq şəhərində keçirilən kayak və kanoe üzrə I Dünya Kubokunda Azərbaycan yığması ilk medalını qazanıb. 


Sportarena.az xəbər verir ki, 1 nəfərlik kayak qayığı (K-1) ilə 200 metr məsafəyə final yürüşündə İnna Osipenko-Radomskaya gümüş medala sahib olub.


Dora Luç (Macarıstan), Nataşa Duçev-Yaniç (Macarıstan), Liza Karrinqton (Yeni Zelandiya), Sara Quyo (Fransa), Anastasiya Todorova (Ukrayna), Emma Ostrand Yörgensen (Danimarka), Marta Valçikeviç (Polşa) və Almi Fişerlə (Yeni Zelandiya) ilə mübarizədə Osipenko-Radomskaya finişə 39,472 saniyəyə çatıb. O, yalnız Karrinqtondan 0,592 saniyə geri qalıb. Bürünc medalı isə Azərbaycan kayakçısının 0,159 saniyə geridə qoyduğu Valçikeviç qazanıb.


Qeyd edək ki, Azərbaycanın I Dünya Kubokundakı yeganə kayakçısı 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüşə də qatılacaq


Digər xəbərlər

Xəbər xətti