İsveçrənin Montrö şəhərində böyüklər arasında Avropa çempionatı keçirilir.
Sportarena.az xəbər verir ki, yarışın üçüncü günü milli komandamızın 6 üzvü, Namaz Heydər, Səid Quliyev (-hər ikisi -74 kq), Ramin Əzizov,Milad Beigi Hərçəqani (hər ikisi -80 kq), Yapraq Eriş (-62 kq) və Fəridə Əzizova (-67 kq) mübarizəyə qatılanlar arasında olub.
Ən uğurlu nəticəni -80 kq çəki dərəcəsində Milad Beigi Hərçəqani əldə edib. Belə ki, ilk mərhələdən azad olan Milad, rəqibləri Serbiyalı İvan Karajloviçə (13-0), ardından isə güclü rəqibi Böyük Britaniyalı Lutalo Məhəmmədə (13-1) heç bir şans buraxmayaraq yarımfinala vəsiqə qazanıb. Finala gedən yoldan Piotr Pazinskini (16-4) də kənarlaşdıran həmyerlimiz finalda Türkiyəli idmançı Yunus Sarı ilə qarşılaşıb. Həlledici döyüşdən qalib (5-0) ayrılan Milad adını Avropa çempionatının fəxri kürsün ən yüksək pilləsinə yazdırıb.
Millinin digər üzvlərindən -74 kq çəki dərəcəsində mübarizəyə qoşulan Namaz Heydərov Norveçli John Aspa 7-5 hesabı ilə qalib gəlsə də növbəti rəqibi Nikolas Carten (BEL) keçilməz olub. Bu çəkidə döyüşən Səid Quliyev Claudio Trevisio (İTA) qarşılaşması isə gərginliyi ilə yadda qalıb. Döyüşün əsas və əlavə vaxtında qalib müəyyən edilməyib.Qaydalara əsasən elektron jiletin verdiyi üstünlüyə görə İtalya təmsilçisi qalib elan edilib.
-80 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Ramin Əzizov da çempionata qələbə ilə başlasa da ikinçi döyüşündə məğlub olub. Belə ki, Əzizov David Sajkonu 10-1 hesabı ilə məğlub etsə də Lutalo Məhəmmədə (0-5) məğlub oldu.
Qadın taekvondoçularımızdan Yapraq Eriş (-62 kq) Darya Yakovleva (UKR) (10-5) və Joyce Baaren Vanı (Ned) məğlub etsə də Türkiyəlı İrem Yamana (0-8) yenilərək çempionatı başa vurub. -67 kq çəki dərəcəsində Nadja Savnovici məğlub edən Fəridə Əzizova, növbəti rəqibi Nur Tatara (TÜR) yenilərək yarışla vidalaşıb.
Çempionatın son günü iki dayanq ustamız Payam Qubadi Oğaz (-87 kq) və Radik İsaev (+87) medallar uğrunda mübarizə aparacaq.