İspaniya mətbuatının verdiyi məlumata görə Emre Çolak gələn mövsümü "Deportivo"da keçirəcək. Mənbənin məlumatına görə 25 yaşlı futbolçunun meneceri Ahmet Bulut La Korunya təmsilçisi ilə artıq razılığa gəlib. Futbolçunun transferi iyun ayında rəsmiləşəcək.
Bu mövsüm La liqada 15-ci olan "Deportivo"nun tarixində hələ ki , türk futbolçu olmayıb. Əlavə edək ki, bu komandanın İspaniyada "Los Turcos" (Türklər) ləqəbi də var. Hər qarşılaşmada "Riazor "Stadionunda türk bayrağının olması diqqət çəkir .