İtaliya kubokunda 2015/16 mövsümünün qalibi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, kubokun final matçında "Yuventus" və "Milan" klubları üz-üzə gəliblər. Matçın əsas vaxtı qolsuz bərabərliklə bitdiyindən, komandalar qalibi müəyyənləşdirmək üçün əlavə vaxtda mübarizə aparıblar. Əlavə vaxtın 110-cu dəqiqəsində "Yuventus"un futbolçusu hesabı açaraq, kubokun qalibini müəyyənləşdirib.
Bununla da "Yuventus" 2015/2016 mövsümündə İtaliya kubokunun qalibi olub. Turin təmsilçisi bundan əvvəl A seriyasını birinci pillədə tamamlayıb.
"Milan" - "Yuventus" - 0:1
Qol: Alvaro Morata, 110 (0:1)