Luçesku "Zenit"ə gedir?

16:50 22 May 2016

"Şaxtyor"un sabiq baş məşqçisi Mirça Luçesku Rusiyanın Sankt-Peterburq şəhərinə gəlib.


Sportarena.az Rusiyanın "Sport-Ekspress" saytına istinadən xəbər verir ki, mütəxəssis Rusiyaya "Zenit" klubu ilə danışıqlar aparmaq məqsədi ilə yollanıb. Lakin bu barədə hələ ki, rəsmi məlumat yoxdur.

Xatırladaq ki, Mirça Luçesku 12 il "Şaxtyor" klubunda çalışıb. O, bu postda 8 ölkə çempionluğu, 7 Ukrayna superkuboku, 6 Ukrayna kuboku və 1 UEFA kubokunu qazanıb.


Digər xəbərlər

Xəbər xətti