İsveçrənin Montrö şəhərində böyüklər arasında keçirilən Avropa çempionatına yekun vurulub.
Sportarena.az xəbər verir ki, yarışın son günü, kişilərdən ibarət yığma komandamızın iki üzvü, -87 kq çəki dərəcəsində Payam Qobadi Oğaz və Radik İsaev +87 kq) mübarizəyə qoşulub.
Nikola Bojo (XOR), M Bar N Diaye (FRA) və Damin Samsunu (GBR) yarışdan kənarlaşdıran Payam, yarımfinalda Rusiyalı Vladislav Larinlə qarşılaşıb. Lakin finala vəsiqə uğrunda döyüşdən məğlub ayrılan həmyerlimiz yarışın bürünc medalı ilə kifayətlənməli olub.
Raidik İsaev isə ilk döyüşündə Ukraynalı dayanq ustası Mixailo Şelestə minumal hesabla (4-5) məğlub olaraq çempionatla erkən vidalaşıb.
Beləliklə, komandamız 37 ölkədən 387 taekvondoçunun qatıldığı Avropa çempionatından 3 medalla qayıdıb. Millinin üzvlərindən, Rio Yay Olimpiya Oyunlarının lisenziya sahibləri, -80 kq çəki dərəcəsində mübarizə aparan Milad Beigi Hərçəqani qızıl, Patimat Abakarova (-53 kq) gümüş, Payam Qobadi Oğaz (-87 kq) isə aktivinə bürünc medal əlavə edib.
Xatırladaq ki, bu çempionatda ölkəmizi hakimlər qismində beynəlxalq dərəcəli hakim,Azərbaycan Taekvondo Federasiyasının (ATF) baş hakimi Elşən Quliyev təmsil edib.
Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə İsveçrəyə səfər edən millimiz,24 may tarixində vətənə dönəcək.