Qvardiola: "Bavariya"da 3 il möhtəşəm alındı"

18:59 22 May 2016

"Bavariya"nın baş məşqçisi Xosep Qvardiola "Borussiya" (0:0, 4:3 pen) ilə oyundan sonra fikirlərini bildirib.
 
"Dortmund komandasında imkanlar oldu. Lakin bizim də qol vurmaq şansımız var idi. Oyunun sonunda hamı yorğun idi. Penaltilərdə isə hər şey ola bilər. Çox razıyıq. Həqiqətən də güclü komanda üzərində qələbə qazandıq.
 
"Bavariya"da 3 il çox gözəl alındı. Komandaya uğurlar diləyirəm. Onlar üçün, bütün oyunçular üçün darıxacağam", — deyə Pep bildirib.
 
Xatırladaq ki, Quardiolanın başçılığı altında Münxen təmsilçisi 3 dəfə Bundesliqa çempionu, 2 dəfə Almaniya kubokunun , 1 dəfə də Avropa superkuboku ilə klublarası dünya çempionatının qalibi olub.


Digər xəbərlər

Xəbər xətti