“Beşiktaş”da qalıb-qalmayacağı neçə vaxtdır müzakirə obyekti olan Mario Qomez bu həftə bu məsələlərə aydınlıq gələcəyini söyləyib.
Bu mövsüm “Superliqa”da 26 qolla bombardir olan hücumçunun icarə müddəti bitir. Futbolçu özü “Fiorentina”ya dönmək istəmir və “Beşiktaş”da karyerasına davam edəcəyi daha real görünür. Alman nəşri “Bild”ə müsahibə verən futbolçu bunları deyib:” “Beşiktaş”da qalmağı düşünə bilərəm. Klublar arasında görüşlər hələ yeni başlayır. Bu həftə baş tutacaq yekun görüşlərin ardından mənim burada qalıb-qalmayacağım məsələsinə tam aydınlıq gələcək”.