Azərbaycan yığması Avropa çempionatında ilk qızıl medalını qazandı

00:31 23 May 2016

Naxçıvandakı Olimpiya İdman Kompleksində Veteran Ağır Atletlər arasında 26-cı kişilər və 24-cü qadınlar Avropa çempionatı keçirillir. Yarışda 21 ölkədən 200-yə yaxın atlet medallar uğrunda mübarizə aparır. Azərbaycan yığma komandası çempionatda geniş heyətlə – 27 nəfərlə (3 qadın, 24 kişi) təmsil olunur.
Artıq millimiz ilk medallarını qazanıb. Qadınların W50-45 yaş qrupu, yəni yaşı 45-54 arası olan qrupunda iki idmançımız yarışıb. Onlardan Şahverdi Xatirə qızıl, Təranə Abbasova isə gümüş medal qazanıb.


Digər xəbərlər

Xəbər xətti