“Qarabağ”ın daha bir oyunçusu ölkəsinin milli komandasına dəvət alıb.
Ağdam təmsilçisinin qolkiperi İbrahim Şehiç Bosniya və Herseqovina yığmasına çağırılıb. 28 yaşlı qapıçı 32 nəfərlik heyətdə yer alıb.
Mayın 29-da İsveçrədə Bosniya Avropa çempionatının final mərhələsinin iştirakçısı İspaniya ilə yoldaşlıq oyunu keçirəcək. Bunun ardından Şehiçin çıxış etdiyi yığma komanda Yaponiyada keçiriləcək Kirin Kubokuna qatılacaq.