"Mançester Yunayted"lə Joze Mourinyo arasındakı danışıqların bəzi detalları ortaya çıxıb. Mütəxəssisin müqavilə imzalaması ilə bağlı bəyanat sabah veriləcək.
İngiltərə mətbuatının məlumatına görə tərəflər ümumi dəyəri 75 milyon funt sterlinq olan 5 illik müqavilənin razılığını əldə edib. Bu razılaşmaya əsasən "Mançester Yunayted" yanvar ayında Mourinyoya digər klubla anlaşmaması üçün 4 milyon funt sterlinq ödəyib.
Bundan əlavə rəhbərlik ondan oyun zamanı qeyri-adi hərəkətlər etməməsini xahiş edib və bununla bağlı müqaviləyə cərimə nəzərdə tutulan bənd salmaq istəyib. Lakin Mourinyo buna qəti şəkildə etirazını bildirib.
Qeyd edək ki, yayda Mourinyoya heyəti gücləndirmək üçün 200 milyon funt sterlinq ayrılacaq.