AFFA-nın prezidenti Rövnəq Abdullayev Türkiyə futbolunda önəmli işlər görən Süleyman Hurmayla Avstriyada keçiriləcək təlim-məşq toplanışında görüş keçirəcək.
Sportarena.az xəbər verir ki, Rövnəq Abdullayev Süleyman Hurmanı milli komandanın idman direktoru vəzifəsinə gətirmək istəyir. Tərəflər 28 may tarixində Avstriyada görüşəcəklər.
Qeyd edək ki, millimizin hazırki baş məşqçisi Robert Prosineçki 2012/13-cü illərdə Süleyman Hurmanla birlikdə "Kayserispor"da çalışıb.