Yaşıl meydanlarda daha bir ölüm - VİDEO

14:17 23 May 2016

Argentinanın "San Xorxe de Vilya Elisa" komandasının futbolçusu Mikael Favre Regional Liqada "Defensores de Kolon"la oyun zamanı aldığı zədədən dünyasını dəyişib.
 
Sportarena.az xəbər verir ki, Regional Liqada "San Xorxe" ilə "Defensores Kolon" arasında baş tutan qarşılaşmada birincilərin oyunçusu Mikael Favre bədbəxt hadisə ilə üzləşib. Belə ki, görüşün gedişində ayağı sürüşən Favrenin başı rəqib oyunçunun dizinə dəyib. Sifətinə daha bir zərbə alan 24 yaşlı argentinalı huşunu itirib və dərhal xəstəxanaya aparılıb. Lakin həkimlər Favreni xilas edə bilməyiblər.
 

Hadisədə günahkar bilinən "Defensores Kolon"un iki oyunçusu həbs olunub.


Digər xəbərlər

Xəbər xətti