Azərbaycan klubunun üzvü "Fənərbaxça"da

18:56 23 May 2016

Voleybolçu qadınlarda ibarət "Azərreyl" klubunun tailandlı üzvü Nutsara Tomkom Bakını tərk edib. 


Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkəmizdə 6 mövsüm oynamış təcrübəli toppaylayıcı karyerasını qonşu ölkənin "Fənərbaxça" klubunda davam etdirəcək. Tailand millisinin üzvü artıq "Fənərbaxça" ilə artıq müqavilə imzalayıb. O, ən azı bir il qonşu ölkə təmsilçisinin uğurları üçün çalışacaq.

Qeyd edək ki, 31 yaşlı 1.69 m boya malik oyunquru 3 dəfə Azərbaycan çempionu adını qazanıb. Müxtəlif vaxtlarda "Azərreyl", "İqtisadçı" və "Rabitə"nin şərəfini qorumuş Tomkom ölkə birinciliyində ikinci yeri tutub.


Digər xəbərlər

Xəbər xətti