Bu gün AFFA-nın inzibati binasında FIFA Connect layihəsini təmsil edən Qonteri Daniel və Matteu Koulinqin rəhbərliyi ilə seminar-görüşlər başlayıb.
Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mayın 26-dək davam edəcək seminarda FIFA Connect layihəsinin Bakı, Sumqayıt, Qəbələ, Lənkəran, Ağsu və Gəncə şəhərlərində fəaliyyət göstərəcək ofislərinin təmsilçiləri, həmçinin peşəkar və həvəskar futbol və futzal klublarının nümayəndələri iştirak edəcəklər.