Adı Tükiyənin "Fənərbaxça" və "Qalatasaray" komandaalrı ilə yanaşı hallanan Luçesku, bu gün Rusiyada "Zenit" klubunun rəhbərliyi ilə görüşüb.
Sportarena.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, rumıniyalı mütəxəssis rus klubunun ili 5 milyon olan 3 illik təklifini qəbul edib.
Qeyd edək ki, son 12 ili Ukraynada keçirən 70 yaşlı məşqçi "Şaxtyor" ilə 8 dəfə ölkə çempionu olub.