Moskvada "Formula-1" Avropa Qran-prisinin təbliği məqsədilə yarış təşkil olunub

10:32 24 May 2016

Moskvada “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının təbliğinə dəstək məqsədilə “Azərbaycanlı gənclərin kuboku” adlı kartinq yarışı keçirilib. Yarış Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının (ASGA) Rusiya nümayəndəliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun dəstəyi ilə reallaşıb.


Sportarena.az xəbər verir ki, Assosiasiyanın Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili yarış iştirakçılarına Azərbaycanın idman ölkəsi olduğunu, dövlətimizin başçısı İlham Əliyev tərəfindən idmançılara göstərilən diqqət və qayğıdan söz açıb. O, “Formula-1” yarışlarının ölkəmizin dünyada daha da tanınmasında və turizmin inkişafındakı əhəmiyyətini qeyd edib.


Sonra yarışa start verilib. Üç mərhələdə keçirilən yarışda birincilik uğrunda səkkiz komanda mübarizə aparıb. Birinci yeri Moskva Dövlət Hüquq Akademiyasının komandası tutub. İkinci və üçüncü yerlərə müvafiq olaraq “Tri -Medved” və Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun komandaları layiq görülüblər.(azərtac)


Digər xəbərlər

Xəbər xətti