Azәrbaycanlı qapıçı Emil Balayevin şәrәfini qoruduğu "Ayntraxt" klubu Almaniya Bundesliqasında qalmağı bacarıb.
Sportarena.az xəbər verir ki, pley-off mübarizəsində "Nürnberq"lә qarşılaşan Frankfurt tәmsilçisi 1:0 hesablı qәlәbә qazanıb. Matçın yeganə qolunu oyunun 66-cı dәqiqәsindә Haris Sәfәroviç vurub. Beləliklə Niko Kovaçın komandası Bundesliqadakı yerini qoruyub saxlamağı bacarıb.
Qeyd edək ki, Emil Balayev bu matçda da iştirak ərizəsində yer almayıb.