Kubokun final matçını idarə edəcək hakimlər müəyyənləşdi

13:58 24 May 2016

Türkiyə kubokunun final matçında baş tutacaq "Qalatasaray" - "Fənərbaxça" derbisini idarə edəcək hakimlər müəyyənləşib.
 


Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qarşılaşma FİFA referisi Mete Kalkavana həvalə olunub. Bu işdə ona Ceyhun Səsigözəl və Esat Sancaqdar kömək edəcək. Matçın dördüncü hakimi isə Sərkan Çinar olacaq.
 


Qeyd edək ki, derbi 26 may Bakı saatı ilə 22:15-də start götürəcək və "CBC Sport" kanalından canlı yayımlanacaq.


Digər xəbərlər

Xəbər xətti