Məşhur futbol məşqçisi Mirça Luçesku Sankt-Peterburqun “Zenit” klubu ilə müqavilə imzalayıb.
O, bu vəzifədə portuqlaiyalı Andre Villaş-Boaşı əvəzləyəcək.
71 yaşlı rumıniyalı mütəxəssis bir il uzadılması mümkünlüyü ilə 2 illik müqaviləyə imza atıb. Müqavilənin başqa detalları hələ ki, açıqlanmır.
Xatırladaq ki, Mirça Luçesku müxtəlif illərdə “İnter” (Milan), “Qalatasaray”, “Beşiktaş”, son 12 ildə isə “Şaxtyor” (Donetsk) klubunda uğurla çalışıb.