"V1 Challenge 2016" Azərbaycan çempionatı keçiriləcək

15:10 24 May 2016

Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə mayın 29-da Bakıda “V1 Challenge 2016” Azərbaycan çempionatı keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, yarış Bakı Olimpiya Stadionu yaxınlığında, Böyükşor parkı ətrafında açıq havada təşkil olunacaq. Çempionatda 12 yerli pilot iştirak edəcək. Onlar əvvəlcə sıralama mərhələsində yarışacaq, göstərilən nəticələrə uyğun idmançılar 3 qrupa bölünərək mübarizə aparacaqlar. Birinci, ikinci və üçüncü yerləri qazananlar mükafatlandırılacaq.


Xatırladaq ki, 2014-cü il oktyabrın 11-də “V1 Challenge” yarışının Azərbaycanda təqdimatı keçirilib. Bakı Kristal Zalında təşkil olunmuş yarışda 12 ölkədən 14 idmançı iştirak edib. Bakıdakı təqdimat yarışının qalibi fransız pilot Anton Huber, ikinci yerin sahibi almaniyalı Harald Müller, üçüncü yerin sahibi isə livanlı Abdo Feqali olub. Pilotların mübarizəsini 18 min tamaşaçı canlı izləyib.(azərtac)


Digər xəbərlər

Xəbər xətti