Arda Turan söz-söhbətlərə son qoydu

18:12 24 May 2016

"Barselona" ilə daha 4 illik müqaviləm var. Mən bu komandada uzun müddətli layihəyəm. Türkiyədə yazılan bəzi xəbərlər məni məyus edir. Həyatım boyu pulu, karyeranı deyil, gənclərə örnək olmağı seçən bir insanam". 


Sportarena.az xəbər verir ki, bu sözləri "Barselona"nın futbolçusu Arda Turan komandadan gedəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.


Türkiyə millisinin aparıcı üzvü sözlərinə belə davam edib:

"Vaxtı gəldikdə milli komandadan da ayrılacağam. Siz mənə güvənin. Bilirsiniz ki, meydandakı problemləri həll edə bilərəm. Günün sonunda xatırlanacaq tək şey mənim "Barselona"da oynadığım gerçəyi, qazandığım kuboklar və əldə edəcəyim uğurlar olacaq".


Digər xəbərlər

Xəbər xətti