Ölkə kubokunun finalında "Qarabağ" sabah Respublika stadionunda "Neftçi" ilə qarşılaşacaq.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib:
"Mövsümün bizim üçün uğurlu keçdiyini deyə bilərik. Buna baxmayaraq, hər kəs final matçının məsuliyyətini dərk etməlidi. Sabah istəkli komandaya qarşı oynayacağıq. “Neftçi” son vaxtlar yaxşı çıxış edir. Bu, ən ağır oyun olacaq. Ən azı bilirəm ki, sabahkı oyun hamı üçün çox maraqlı olacaq. Hər iki komanda kuboku götürmək istəyir. Ancaq bu, bir komandaya nəsib olur. Qismətimizdə olsa, qazanacağıq. Sabah müdafiəçilərimiz üçün də ağır oyun ola bilər. Onların heyətində sürətli, topla davranmağı bacaran oyunçulardı. Bu üzdən müdafiədəki çıxışımız çox vacibdi. Belə rəqibə qarşı oynamaq bizim üçün xoşdu. Hər iki komandanın azarkeşi çoxdu. Sabah əsl futbol ab-havası olacaq".