Fransa millisində Varanı kim əvəzləyəcək?

00:09 25 May 2016

Fransa Futbol Federasiyasının rəsmi saytının verdiyi məlumata görə, yığmanın üzvü Rafael Varan "Avro-2016"dan kənarda qalacaq.

Buna 23 yaşlı futbolçunun zədələnməsi səbəb olub. Məşq zamanı zədə alan fransalı futbolçunun bud əzələsində yırtıq aşkarlanıb. Bu səbəbdən Varan Çempionlar Liqasının final oyununu buraxmaqla ilə yanaşı, "Avro-2016"da da yığmasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Varanı Fransa millisində "Sevilya"nın müdafiəçisi Adil Remi əvəzləyəcək. 


Digər xəbərlər

Xəbər xətti