Yeniyetmələrin Azərbaycan birinciliyində ilk gün

10:35 25 May 2016

Bakı İdman Sarayında yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi start götürüb.


Sportarena.az xəbər verir ki, 1999-2000-ci il təvəllüdlü idmançılar arasında keçirilən yarış Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən təşkil olunub.


Yarışda AGF-nin nümayəndəlikləri üzrə keçirilən seçim turnirlərində qalib gəlmiş güləşçilər ayrılmış saya uyğun olaraq iştirak edir. 


Yarışların təntənəli açılış marasimi mayın 25-də saat 17:00-da baş tutacaq. 


İlk yarış günündə yunan-Roma güləşi üzrə 42, 46, 50, 54, 58 və 63 kq çəkidə 142 yeniyetmə pəhləvan yarışır. 

Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə də təltif olunacaq və yığma komandanın heyətinə cəlb olunacaq.


Digər xəbərlər

Xəbər xətti