Mayın 5-dən 21-dək Bakıda keçirilmiş UEFA U-17 Avropa çempionatı barədə turnirin təşkilati prosesində iştirak etmiş UEFA rəsmiləri fikirlərini bildiriblər.
Sportarena.az xəbər verir ki, UEFA-nın milli komandalar üzrə turnirlərin rəhbəri Lens Kelli təşkilatçılığı yüksək qiymətləndirib:
“Turnirdə iştirak edən bütün komandalar Bakıda gördükləri yüksək səviyyəli idman infrastrukturunu, oteldəki şəraiti, qonaqpərvərliyi yüksək qiymətləndirdilər. 13 illik fasilədən sonra Portuqaliya yığması baxımlı oyun nümayiş etdirərək Avropa çempionatının qalibi oldu”