UEFA rəsmisi: "Bu nəticə Avropa çempionatları tarixinin rekord göstəricisi idi"

12:12 25 May 2016

Mayın 5-dən 21-dək Bakıda keçirilmiş UEFA U-17 Avropa çempionatı barədə turnirin təşkilati prosesində iştirak etmiş UEFA rəsmiləri fikirlərini bildiriblər.


Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA Avropa çempionatı U-17 Layihəsinin rəhbəri Pyerpaskal Larotonda mayın 5-dən 21-dək Bakıda keçirilən UEFA U-17 Avropa çempionatının uğurlu təşkilində AFFA və UEFA-nın əməyinin çox olduğunu bildirib:


“Azərbaycan – Portuqaliya açılış oyununu stadionda 33.000 azarkeşin izləməsi yeniyetmələrdən ibarət komandaların Avropa çempionatları tarixinin rekord göstəricisi idi. Hamımız bu nailiyyətlə qürur duymalıyıq. Yarışın uğurlu təşkili AFFA və UEFA komandaları arasındakı müştərək fəaliyyətin nəticəsidir. Unikal komanda işini biz operativ olaraq oyun meydanlarında izləyə bilirdik”.


Digər xəbərlər

Xəbər xətti