Almaniya millisinin sabiq futbolçusu Rusiya vətəndaşlığı aldı

21:14 25 May 2016

"Şalke"nin ukrayna əsilli futbolçusu Roman Noyştedter Rusiya vətəndaşlığını qəbul edib.


Sportarena.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin mayın 18-i 28 yaşlı müdafiəçiyə Rusiya vətəndaşlığı verilməsi haqqında fərman imzalayıb. Futbolçunun "Avro-2016"da Rusiya millisinin heyətində yer alacağı gözlənilir.

Xatırladaq ki, ukrayna əsilli futbolçu 2012/13-cü illərdə Almaniya milli komandasında çıxış edib.


Digər xəbərlər

Xəbər xətti