Fransa millisinin sabiq üzvü Nikolya Anelka Belçikada hücumçu yetişdirəcək məktəb açacaq.
Bu barədə Anelkanın özü məlumat verib.
Bu ilin avqustunda açılacaq və "Anelka Striker Academy" adlanacaq məktəbə 14-18 yaşlı futbolçular cəlb olunacaq.
"Əminəm ki, Belçikada istedadlı gənc hücumçular var. Bunu görmək üçün onların əsas yığmasına baxmaq kifayət edər. Bizim akademiyamızda futbolçular xüsusi məşq keçəcəklər. Onların inkişaf etməsinə və öz statiskalarını yaxşılaşdırmalarına çalışacağıq. Bunun üçün çox işləmək lazımdır" - deyə Anelka bildirib.