Azərbaycan kubokunun final oyunundan sonra qalmaqal baş verib.
Sportarena.az xəbər verir ki, hadisə "Qarabağ" klubuna medalların təqdim olunmasından öncə baş verib. Belə ki, azarkeşlər futbolçuların yanına getmək istəyərkən polisin təzyiqinə məruz qalıblar.
Polis azarkeşlərin qarşısını almaq üçün gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib. Nəticədə bir çox azarkeş ciddi xəsarət alıb. Yaralananların arasında 12 yaşlı uşağın da olduğu bildirilir.
Hadisə zamanı "İmarət" fan klubunun bir neçə üzvü də həbs olunub. Lakin azarkeşlər matçdan sonra klub rəhbərliyinin maşının önü kəsib, məsələyə müdaxilə etməsini xahiş ediblər. Bundan sonra rəhbəriliyin xahişi ilə həbs olunan azarkeşlər azad olunub.