Qara Qarayev: "Yaxşı ki, penaltilər seriyasına izin vermədik"

01:18 26 May 2016

“Çox çalışırdıq bu nəticəni qazanaq. Bizim üçün çətin idi. Bilirdik “Neftçi” necə futbol oynayacaq. Şükürlər olsun ki, kuboku qazandıq”.


Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan kubokunun finalında “Qarabağ”ın futbolçusu Qara Qarayev “Neftçi” ilə oyundan (1:0) sonra deyib.


O, qarşılaşmanı belə şərh edib: “Qolu son anlarda vurduq. Oyun penaltilər seriyasına getsəydi, şansımız daha az olardı. Yaxşı ki, oyunun penaltilərə getməyinə izin vermədik. Biz komanda olaraq aqressiv davranmırdıq, daha çox tempi aşağı salmaq istəyirdik. İstəyirdik ki, belə şeylərdən uzaq olaq. Lakin oyunun gecikməsi, oyunçunun meydana gec daxil olması matçın gedişatına təsir edirdi. İlk dəqiqələrdə şanslarımız olsa da, istifadə edə bilmədik. Belə oyunlarda  erkən qol vurmaq çətin olur. Biz qol vura bilmədiyimiz üçün “Neftçi” daha motivasiyalı oynadı”. 


Q.Qarayev milli komandamızın bu gün Andorra ilə keçirəcəyi yoxlama oyunu haqda da danışıb: “Evə çatan kimi çantamı götürüb, hava limanına gedəcəm. Baş məşqçimiz tapşırdı ki, “Qarabağ”la olan uğurumuzun daha da yüksəyini millidə qazanmaq lazımdır. Zədəsiz bir toplanış olmağına ümid edirəm. Bugünkü  ağır oyundan sonra Andorra ilə görüşdə yəqin ki, baş məşqçimiz bizi oynatmaz.  Rəqibin kimliyindən asılı olmayaraq uğur qazanmaq lazımdır. Qələbə qazanmasaq belə, yaxşı oyun oynamalıyıq. Dincəlməyə çox az vaxtımız olacaq. Amma bu bizim işimizdir və sevə-sevə edirik. Uğur qazananda isə daha çox motivasiya gəlir”.(qol.az)


Digər xəbərlər

Xəbər xətti