Qurban Qurbanov: "İki kubok olsaydı birini də "Neftçi"yə verərdik"

01:36 26 May 2016

Azərbaycan kubokunun 2015-2016 mövsümünün qalibi "Qarabağ" klubu olub. Ağdam təmsilçisi finalda "Neftçi"ni məğlub etməklə "qızıl dubl" edib.


Sportarena.az xəbər verir ki, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında media mənsublarının suallarını cavablandırıb:


- İlk öncə bütün azarkeşlərə təşəkkürümü bildirirəm. Hamımız üçün gözlənilməz oldu ki, final oyununa bu qədər azarkeş gəldi. Əsl final oyunu idi. Ən çox əziyyət çəkən futbolçulardı. Bu gün futbolçularım kuboka layiq idilər. Onların hər birinə çox sağol demək istəyirəm.  "Neftçi" ilə final oyunu çempionatın ən ağır oyunu oldu. Onlar meydana daha istəkli çıxmışdılar. Təəssüf ki, bu gün onlar kuboku qazana bilmədilər. İki kubok olsaydı daha yaxşı olardı. Birini də "Neftçi"yə verərdik. Hətta oyundan sonra bəzi "Neftçi"nin futbolçularına yaxınlaşdım. Bəziləri ağlayırdı, bəziləri çox məyus idi. Mən də futbolçu kimi bu hissləri yaşamışam.
- Oyunun bəzi məqamlarında "Neftçi"nin futbolçulrı çox sərt oynadılar. Hətta siz rəqibin baş məşqçisinə etirazınızı bildirdiniz. Heç düşündünüzmü ki, Reynaldo və ya Almeydanı meydandan çıxarasız, zədədən qoruyasız?
Bu oyun bizim avrokuboklardakı oyunlarımız üçün yaxşı başlanğıc oldu. Heç bu barədə düşünmədim. Çünki bu oyun bizim üçün avrokubok matçı qədər önəmli idi.
- Əlavə vaxtda Almeydanı meydandan çıxartdınız. Hansı ki, penalti ustasını... Siz yəni o qədər penaltilərədən qaçmaq istəyirdiniz ki, onu meydandan çıxartdınız?
Riçard Almeyda yorulmuşdu. Qaçmaq istəyirdi, ancaq gücü qalmamışdı. Ona görə onu meydandan çıxartdım.
- Sizin komandaya nə çatmadı ki, 90 dəqiqədə oyunun taleyini həll edə bilmədiniz?
Futbolçularımızın bir neçə epizodu oldu. Xüsusuən də futbolçuların həyəcanlı olması önəmli rol oynadı. Mən uşaqlara tapşırmışdım ki, nəticə üçün hansı doğrudursa onu edək. Səbrli, təmkinli oyun əsas idi. Əlbəttə istəyirdim ki, oyunun taleyini 90 dəqiqədə həll edək. Ancaq belə alındı.
- Reynaldo oyunun 122-ci dəqiqəsində kobud oynayaraq qırmızı vərəqə aldı. Buna münasibətiniz?
122-ci dəqiqədə futbolçu qırmızı alırsa atıq danışmağa ehtiyac yoxdu. 120 dəqiqə yüksək futbol sərgiləyən futbolçu 122-ci dəqiqədə qırmızı alsa da, onu bağışlamaq olar.
- Komandada hücumçu problemləri var. Danışıqlar apardığını hər hansı futbolçu varmı?
İki aydı bu işin üstünə düşmüşəm. Axtarışlar davam edir. Hücumçu problemimizi əcnəbi ilə həll etmək istəyirik.
- Yerli çempionatdan bəyəndiyiniz hücumçu yoxdumu?
Bəyəndiklərim var. Xüsusən də "Neftçi"dən. Ancaq onlar bizim istədiyimiz futbolçunu verməzlər.


Digər xəbərlər

Xəbər xətti