Makedoniya millisinin baş məşqçisi İqor Anqelovski mayın 29-da yoldaşlıq görüşü keçirəcəyi Azərbaycan millisi ilə oyun haqda danışıb.
Anqelovski Azərbaycanla oyunu səbirsizliklə gözlədiklərini bildirib:
"Hamımız pozitiv əhval-ruhiyyədəyik və Azərbaycanla oyunu səbirsizliklə gözləyirik. Makedoniya yığması beynəlxalq səviyyəli futbol komandasıdır və biz lazımi motivasiya və dəstəyi alırıq. Futbolda yaxşı nəticəyə ehtiyac var və biz düzgün yolda olduğumuza inanırıq. Meydanda öz oyunumuzu sərgiləməyə çalışacağıq".
Qeyd edək ki, mayın 29-da Azərbaycan millisi ilə qarşılaşacaq makedonlar iyunun 2-də İranla üz-üzə gələcək.