Daha bir ulduz futbolçu "Avro 2016"nı buraxa bilər

16:32 26 May 2016

"Liverpul"un hücumçusu Daniel Staric "Avro-2016"nı buraxa bilər.
26 yaşlı futbolçu yığmanın məşqində zədələnib.
Dizindən zədə alan Staric sabah Avstraliya ilə keçiriləcək yoldaşlıq görüşündə meydana çıxmayacaq. Onun "Avro-2016"da oynayıb-oynamayacağı da sual altındadır. Futbolçunun son durumuna aparılacaq tibbi müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, B qrupunda qərarlaşan İngiltərə millisi Uels, Rusiya və Slovakiya yığmaları ilə mübarizə aparacaq. 


Digər xəbərlər

Xəbər xətti