“Mançester Siti” klubunun futbolçusu Yaya Ture Çinin iki klubundan gələn təklifi rədd edib.
Təcrübəli yarımmüdafiəçi “Çzyansu Sunin” və “Şanxay Telles” klublarının 30 milyon funt sterlinq dəyərində təkliflərini müsbət cavablandırmayıb.
Buna səbəb onun hazırkı klubunda karyerasını davam etdirmək istəməsidir.