Gökhan Gönüldən gözlənilməz qərar: "Qalatasaray"a qarşı oynamaq istəmədi

23:12 26 May 2016

“Fənərbaxça” klubunun təcrübəli sağ cinah müdafiəçisi Gökhan Gönül “Qalatasaray”la keçiriləcək Türkiyə Kuboku final oyununun start heyətindən çıxarılmasını istədi. Futbolçu bunu yığmadan yorğun qayıtması ilə əlaqələndirib. Gökhanın bu gözlənilməz qərarından sonra baş məşqçi Vitor Pereyra oyunun start heyətinə Şener Özbayraklını daxil etdi.

Xatırladaq ki, “Qalatasaray” və “Fənərbaxça” arasında baş tutacaq Türkiyə Kubokunun final matçı saat 22:15-də start götürəcək.


Digər xəbərlər

Xəbər xətti