Halk “Zenit” klubunu tərk edə bilər. Braziliyalının Çindən gələn təklifi dəyərləndirdiyi qeyd olunur.
Peterburq klubu 29 yaşlı oyunçunu yaxşı təklif gələcəyi təqdirdə sata biləcəyini qeyd etmişdi. Qışda “Şanxay Şenxua” Halka görə 90 milyon avroya yaxın məbləğ ödəməyə hazır idi.
Halk “Zenit”ə 2012-ci ildə “Porto”dan 40 milyon avroya transfer olmuşdu. Bu mövsüm Halk 27 matçda 17 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.