Azərbaycan yığmasının və "Zirə"nin müdafiəçisi Adil Nağıyev Avstriya toplanışı çərçivəsində Andorraya qarşı keçirilmiş yoxlama oyununu şərh edib.
Sportarena.az xəbər verir ki, o, açıqlamasında bunları söyləyib:
"Bu, mənim yığma komandadakı ilk oyunum idi və şübhəsiz ki, həyəcan vardı. Fikrimcə, işimin öhdəsindən pis gəlmədim. İlk dəfədir yığmadayam və deyim ki, buradakı atmosfer klubla müqayisədə tam fərqlidir. Yenə də milliyə dəvət almaq istəyirəm. Bütövlükdə, oyun bizim üçün pis alınmadı. Amma daha da yaxşı oynaya bilərdik. Andorra ilə oyunda çətinlik çəkdiyimizi deməzdim. Komandamızın heyətində yeni futbolçular vardı. Buna baxmayaraq, biz yenə də Andorradan bir baş üstün idik. Əsas heyətlə oynasaydıq, bunları asanlıqla məğlub edərdik".(azerisport.com)