Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Budaq Nəsirov və Vüqar Mustafayev yığmanın düşərgəsindən ayrılıb. Düşərgədən ayrılan hər iki futbolçu bu gündən etibarən 21 yaşadək futbolçulardan Azərbaycan yığmasının Sloveniyada təşkil olunmuş təlim-məşq toplanışında iştirak edəcək.