FİDE prezidenti Təşkilat Komitəsinin sədri ilə görüşdü

21:30 27 May 2016

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadası Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov ilə görüşüb.


Sportarena.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən məlumat verilib.


FİDE prezidenti 42-ci Ümumdünya Şahmat Olimpiadasına hazırlıq işlərinin gedişindən məmnunluğunu ifadə edib. K.İlümjinov Bakının indiyədək keçirilən şahmat olimpiadalarından ən yaxşısını təşkil etməklə bu mötəbər yarışın tarixində yeni səhifə açacağına əminliyini bildirib.


Söhbət zamanı Bakı Şahmat Olimpiadasına hazırlıq işlərinin həlledici mərhələyə qədəm qoyduğu vurğulanıb.


Digər xəbərlər

Xəbər xətti