Azərbaycan - Makedoniya matçını idarə edəcək hakimlər müəyyənləşdi

21:52 27 May 2016

Beynəlxalq yoldaşlıq oyunu çərçivəsində mayın 29-da keçiriləcək Azərbaycan - Makedoniya matçının hakimləri müəyyənləşib.


Sportarena.az xəbər verir ki, oyunu avstriyalı hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Markus Hameter olacaq. Bu işdə ona Rolan Braunşmidt və Maksimilian Kolbitş köməklik edəcək. Matçın dördüncü hakimi isə Manuel Şüttenqruber olacaq. 

 
Qeyd edək ki, Avstriyada keçiriləcək Azərbaycan - Makedoniya oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti