İspaniyanın “Deportivo” klubu çoxdandır maraqlandığı “Qalatasaray” klubunun futbolçusu Əmrə Çolakı heyətinə qatdı.
Sportarena.az xəbər verir ki, ispanlar türk futbolçuyla 3 illik müqavilə bağladıqlarını klubun rəsmi "Twitter" hesabından bildirdilər.
2009-2010 mövsümündən bəri “Qalatasaray”ın şərəfini qoruyan Əmrə Çolak yenicə başa çatan mövsümdə meydana çıxdığı 30 oyunda 3 qola və 3 assistə imza atıb.