Mayın 25-də Naxçıvan Muxtar Respublika Stadionunda start götürən ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda futbol üzrə turniri başa çatıb.
Sportarena.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Futbol Federasiyasının və Azərbaycan Peşəkar Futbol Liqası birgə keçirdikləri turnirdə 4 komanda mübarizə aparıb. Turnirin qalibi adını finalda MOİK klubunu məğlub edən "Neftçala" qazanıb.