Azərbaycan idmançısı II Dünya Kubokunda finala yüksəldi

12:44 28 May 2016

Çexiyanın Raçitse şəhərində kayak və kanoe üzrə II Dünya Kubokuna start verilib. 

 

Sportarena.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 3 təmsilçisindən 2-si mübarizə aparıb.

 

Yeganə kayakçı İnna Osipenko-Radomskaya qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə yürüşə qatılıb. 34 yaşlı idmançı seçmə yürüşdə finişə 41,941 saniyəyə çatıb. Nəticədə o, bütün rəqiblərini - kanadalı Andrean Lanqlua (42,252), qazaxıstanlı İnna Klinova (42,308), böyük britaniyalı Angela Hanna (43,358), çexiyalı Mixaela Fasnerova (44,619), tunisli Afet ben İsmail (46,224), polşalı Anna Qodek (47,091), misirli Mentalla Ali Ahmedi (51,047) üstələyib və yarımfinala yüksəlib.

 

Növbəti mərhələdə Osipenko-Radomskaya eyni məsafəni daha az vaxta - 39,823 saniyəyə qət edib. Bu dəfə də təcrübəli kayakçı birinci yeri tutaraq, böyük britaniyalı Cessika Valker (40,651), çinli Yu Ju (40,673), slovakiyalı İvana Kmetova (41,045), CAR təmsilçisi Esti van Tonder (41,912), irlandiyalı Cennifer Eqan (42,123), yaponiyalı Kana Tanaka (43,289), türkiyəli Hilal Avcı (43,478) və samoalı Anne Kairnsi (44,184) geridə qoyub. Beləliklə, Osipenko-Radomskaya finala adlayıb.


Digər xəbərlər

Xəbər xətti