"Lester" klubu baş məşqçisi Klaudio Ranyeri ilə yeni müqavilə bağlamağa çox yaxındır.
Sportarena.az "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, klub 65 yaşlı baş məşqçiyə 3 illik müqavilə təklif edəcək. Yeni müqaviləyə əsasən Ranyerinin illik məvacibi 2 dəfə artırılaraq 3 milyon funt-sterlinq olacaq.
Xatırladaq ki, Klaudio Ranyeri "Lester"i İngiltərə Premyer Liqasının 2015/16 mövsümünün çempionu edib. 
                       
                                               
 
                
                              
 
                       
                                            
 
