İbrahimoviçin agenti Mino Rayola futbolçunun "Milan"a transfer olunması üçün klub rəhbərliyi ilə danışıqlara başlayıb.
Sportarena.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Məlumatda bildirilir ki, Mino Rayola isveçli futbolçunun "Milan"a keçidi barədə danışıqlar aparmaq üçün "rossionerlər"in vitse-prezidenti Adriano Qalliano ilə görüşüb. Məlumata görə, "Milan" klubu futbolçuya illik 6 milyon avro məvacib ödəməyə hazırdır.